Gəncədə ictimai nəqliyyatda yeni qaydalar tətbiq edilir
Yanvarın 1-dən Gəncədə şəhərdaxili marşrut sürücüləri vahid geyim formasına keçiblər.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ictimai nəqliyyatda sürücülərin vahid geyim formasından istifadəsinə nəzarət etmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Gəncə Regional Şöbəsinin əməkdaşları mütəmadi olaraq reydlər təşkil edirlər.
Şöbənin rəisi Xanoğlan Qasımov bildirib ki, sürücülərin vahid formadan istifadəsinə güclü nəzarət olunur: “Biz demək olar ki, hər gün onlara nəzarət edirik ki, geyim formaları səliqəli və təmiz olsun. Bununla yanaşı, idarə etdikləri nəqliyyat vasitələri də təmiz olmalıdır”.
Qeyd edək ki, qaydalara əməl etməyən sürücülər inzibati qaydada 40-50 manat məbləğində cərimə olunacaqlar.
Trend.az