Gəncədə bir qrup müharibə veteranına Belarusun yubiley medalları təqdim olunmuşdur

Posted by

Gəncədə bir qrup müharibə veteranına Belarusun yubiley medalları təqdim olunmuşdur

Gəncədə bir qrup müharibə veteranına Belarusun yubiley medalları təqdim olunmuşdur

Gəncədə bir qrup müharibə veteranına Belarusun yubiley medalları təqdim olunmuşdur

Belarusun alman faşizmindən azad edilməsində iştirak etmiş bir qrup azərbaycanlıya Gəncə şəhərində yubiley medalları təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bu münasibətlə Azərbaycan Dövlət Aqrar Universitetində veteranlarla görüşmüşdür. Səfir onların Belarus xalqı qarşısında göstərdikləri qəhrəmanlıq və igidliyi yüksək dəyərləndirərək minnətdarlıq etmişdir. Diplomat demişdir ki, bu gün Belarusun alman faşizmindən azad olunmasından 70 il keçir. Lakin xalq müharibənin vurduğu ağır yaraları hələ də unutmur. Çünki müharibə zamanı hər 3 belarusludan biri məhv edilmişdir. Elə bir ailə olmamışdır ki, bu müharibədən ziyan çəkməsin. Müharibədə azərbaycanlılar da belaruslularla çiyin-çiyinə düşmənə qarşı döyüşmüş, hətta bu yolda canlarından keçənlər də olmuşdur. Belarus xalqı onları heç vaxt unutmur.

Səfir N.Patskeviç Belarus Prezidenti və xalqı adından veteranlara minnətdarlığını bildirmişdir. O, Gəncənin Kəpəz və Nizami, Şəmkir, Gədəbəy, Samux, Goranboy rayonlarından olan 16 nəfər müharibə veteranına “Belarusun alman faşizmindən azad edilməsinin 70 illiyi” yubiley medallarını təqdim etmiş, onlara cansağlığı və uzun ömür arzulamışdır.

Mərasimdən sonra Azərbaycan Dövlət Aqrar Universitetində N.Patskeviç ilə görüş keçirilmişdir. Universitetin rektoru, professor İbrahim Cəfərov səfirə bu ali təhsil ocağı haqqında ətraflı məlumat vermişdir. Görüşdə Belarusun bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az