Gəncədə beynəlxalq səviyyədə daha bir memorandum imzalandı

Posted by

Gəncədə beynəlxalq səviyyədə daha bir memorandum imzalandı

Gəncədə beynəlxalq səviyyədə daha bir memorandum imzalandı

Gəncədə beynəlxalq səviyyədə daha bir memorandum imzalandı

Pakistanın Mərdan şəhərində yerləşən Əbdül Vəlixan Universitetinin 1-ci prorektoru, professor İnsan Əli və Apişavur Universitetinin idman meneceri Behri Kamran Gəncədə işgüzar səfərdə olublar.

Səfər çərçivəsində Azərbaycan Texnologiya Universitetinə gələn qonaqları rektor, professor Akif Süleymanov qarşılayıb və onları universitetin fəaliyyəti, təhsil sistemi ilə tanış edib.

İ.Əli rəhbərlik etdiyi universitetin 5 il bundan qabaq yarandığını bildirərək, həmin universitetdə tibb və mühəndislik ixtisaslarından başqa, bütün ixtisaslar üzrə mütəxəssis hazırladıqlarını bildirib. O, Azərbaycan Texnologiya Universiteti ilə maraqlanmasının səbəbi kimi Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti ilə Azərbaycan Texnologiya Universiteti arasındakı sıx əlaqələri diqqətə çatdırıb.

Əbdül Vəlixan Universiteti ilə Azərbaycan Texnologiya Universiteti qarşılıqlı memorandumun imzalanmasını qərara alıblar. Artıq həmin müqavilə hər iki universitet rəsmiləri tərəfindən imzalanıb. Bu müqaviləyə əsasən, müəllim və tələbə mübadiləsi nəzərdə tutulmaqla, qarşılıqlı əlaqələrin genişləndirilməsindən danışılıb.

Xatırladaq ki, Azərbaycan Texnologiya Universiteti son bir ildə beynəlxalq istiqamətdə 10 müqavilə bağlayıb, bu müqavilə isə sayca 11-ci memorandumdur.

 

Trend.az