Gəncə Gənclər Gününü möhtəşəm qarşıladı

Posted by

Gəncə Gənclər Gününü möhtəşəm qarşıladı

 

Gəncə Gənclər Gününü möhtəşəm qarşıladı

Gəncə Gənclər Gününü möhtəşəm qarşıladı

 

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Fəal Gənc-2014” mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində şəhər rəsmiləri, ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, şəhər ziyalıları, idarə və təşkilatların nümayəndələri və 500-dən çox gənc iştirak edib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək, bütün gəncləri təbrik ediblər. Bildiriblər ki, artıq hamı Gəncə gənclərindən, onların yerli və beynəlxalq tədbirlərdə əldə etdikləri nailiyyətlərdən danışır. Gənclərimizin fəallığı dünya gənclərinə bir nümunə kimi qiymətləndirilir. Təbii ki, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar gənclərimizin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edir. Gəncənin 2016-cı il Avropanın Gənclər paytaxtı seçilməsi də bu fikirlərə bariz sübutdur.

Mükafatlandırma mərasimində son bir ildə Gəncə şəhərinin elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman, ictimai və siyasi sahələrində fəal olan 15 nəfər gənc “Fəal Gənc-2014” kuboku, Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Rəsmi hissədən sonra möhtəşəm şənlik gəncləri daha da coşdurub. Bir-birindən maraqlı flashmoblar, DJ-lərin ifasında möhtəşəm diskoteka, əyləncəli oyunlar şənliyə rəng qatıb.

Qeyd edək ki, “Fəal Gənc” Mükafatını əldə etmək üçün Gəncə şəhəri üzrə 162 gənc müraciət edib. Qalib gənclər elektron müraciət formasına əsasən münsiflər heyəti tərəfindən seçilib.

 

Trend.az