Gömrükçülər risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsini öyrənirlər

Posted by

Gömrükçülər risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsini öyrənirlər

Gömrükçülər risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsini öyrənirlər

 

 

Gömrükçülər risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsini öyrənirlər

Gömrük orqanlarında effektiv menecment və biznes prosesləri üzrə alətlərin əldə olunmasına ehtiyac yaranıb. Bunlardan biri də müasir gömrük işində geniş istifadə olunan risklərin idarə edilməsidir.

 

Bu fikir Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Risklərin idarə olunması” mövzusunda keçirilən seminarda səsləndirilib.

 

Dövlət Gömrük Komitəsindən AzərTAc-a bildiriblər ki, İsveçrə Federal Gömrük İdarəsinin ekspertlərinin apardığı seminar komitə əməkdaşları üçün nəzərdə tutulub. Məqsəd risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsinin öyrənilməsidir.

 

Seminarda çıxış edən komitənin Audit və risk analizləri idarəsinin rəisi Faiq Seyidov bildirib ki, müasir dövrdə iqtisadiyyat, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə gedən inkişaf prosesləri dövlət institutlarını bir çox çağırışlara cavab verməyi tələb edir.

 

Təlimin keyfiyyətindən danışan İsveçrə Federal Gömrük İdarəsinin mütəxəssisi Thomas Fischer qeyd edib ki, risklərin idarə olunması məfhumunun dərindən öyrənilməsinə və bu sahədə biliklərin genişləndirilməsinə diqqət yetiriləcək. Seminarda İsveçrə tərəfinin təqdim etdiyi məruzələrin dinlənilməsi, eləcə də Azərbaycan gömrük əməkdaşları ilə təcrübə və fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

 

Seminar dekabrın 19-da başa çatacaq.

 

AzərTac.az