Gələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaq

Posted by

Gələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaq

Gələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaqGələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaq

2014-cü ildə Azərbaycanda əsas minimum sosial standartlar artacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin müzakirəsinə çıxarılmış 2014-cü ilin dövlət büdcəsi paketində deyilir.
Gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstərici cari ildəki 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 136 manatadək (bu il 125 manat), uşaq və pensiyaçılar üçün 103 manatadək (müvafiq olaraq 93 və 94 manat) artırılacaq.
“2014-cü il üçün ehtiyac meyarının səviyyəsi haqqında” qanun layihəsi ünvanlı sosial yardımın təyinatı üçün bu meyarın cari idəlki 93 manatdan 100 manatadək artırılmasını nəzərdə tutur.
Gələn il dövlət büdcəsinin sosial yönümlü xərcləri cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9 faiz və ya 298,9 milyon artım, həmçinin 2012-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 597,1 milyon manat və ya 12,6 faiz artım ilə 5,337 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsində, həmçinin 2013-cü ildə anons edilmiş əməkhaqqı və müavinətlərin artması ilə bağlı maliyyə təminatı yer alıb.
Sosial yönümlü xərclərin 15,1 faizi və ya 3,034 milyard manat əməkhaqqının, 9,1 faiz və ya 1,82 milyard manat pensiya və sosial müavinətlərin, 1,5 faiz və ya 305,3 milyon manat ərzaq məhsullarının əldə edilməsinin, 0,9 faiz və ya 176,9 milyon manat isə dərman və sarğı materiallarının alışının payına düşür.