Gələn həftədən Azərbaycandakı sürüşmə sahələrində monitorinqlərə başlanacaq

Posted by

Gələn həftədən Azərbaycandakı sürüşmə sahələrində monitorinqlərə başlanacaq

Gələn həftədən Azərbaycandakı sürüşmə sahələrində monitorinqlərə başlanacaq

Gələn həftədən Azərbaycandakı sürüşmə sahələrində monitorinqlərə başlanacaq

Azərbaycanda gələn həftənin ilk günlərində ölkədəki mövcud sürüşmə sahələrində monitorinqin aparılması nəzərdə tutulur. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, yaz vaxtına keçid zamanı sürüşmə sahələrində aktivləşmə daha çox müşahidə edilir: “Dağlıq zonalarda qarın əriməsi sürüşmənin baş verməsi üçün başlıca maillərimndən biridir. Ona görə də respublika ərazisində mövcud sürüşmə sahələrində və sürüşməyə meylli olan ərazilərdə monitorinqləri növbəti həftə ərzində davam etdiriləcək”.

S.Əmiraslanov deyib ki, qarın əriməsi bəzi ərazilərdə sürüşmə sahələrinin qismən aktivləşməsinə səbəb ola və orada təhlükəli vəziyyət yaratmaya bilər. Ancaq bəzi ərazilərdə qarın ərisməsi sürüşmə sahələrində təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

S.Əmiraslanov deyib ki, respublika əraziisndə olan sürüşmə sahələrinin 50 faizindən çoxunda aktivlik texnogen- antropogen amillər səbəbindən baş verir: “Məsələn, Lənkəran-Lerik avtomobil yolu buna misal ola bilər. Indi sürüşmə sahələri əsasən yollarda olur. Məsələn, Ağsu aşırımı, Muğanlı-İsmayıllı, yaxud Quba-Xınalıq yolu. Bu proseslər insan fəaliyyəti, texnogen amilin nəticəsində formalaşıb. Bəlkə də Lənkəran-Lerik yolu avtomobil yolu olmasaydi, orada sürüşmə olmazdı. Abşeron yarımadasında olan sürüşmə sahələrinin əksəriyyəti texnogen-antropogen amillərin nəticəsində formalaşıb. Bu gün elmi cəhətdən, mütəxəssis olaraq da qabaqcadan sürüşmənin baş verə biləcəyini deyə bilmirik. Buan görə də yollar tikilərlkən yamacın dayanıqlılığı və sürüşməyə meylliliyi nəzərə alınmalıdır”.

 

Trend.az