Fövqəladə Hallar Nazirliyi Sumqayıtda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirmişdir

Posted by

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən Təbiət Elmləri Təmayüllü Gimnaziyada 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, FHN-nin Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən keçirilən tədbirdə məqsəd müəllimlərin və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Təhsil Şöbəsinin əməkdaşları, gimnaziyanın müəllim və şagirdləri iştirak etmişlər.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.

Daha sonra “Dəm qazından ehtiyatlı olun” mövzusunda FHN-nin hazırladığı videoçarx və nazirliyin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış, gimnaziya şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Tədbirin praktiki hissəsində gimnaziyanın həyətində FHN-nin Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilmişdir.

 

AzərTac.az