Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
APA-nın qərb bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 107, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Apa.az