Fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görülən işlər yüksək qiymətləndirilib

Posted by

Fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görülən işlər yüksək qiymətləndirilibFövqəladə hadisələrin qarşısının alınması istiqamətində görülən işlər yüksək qiymətləndirilib

Fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görülən işlər yüksək qiymətləndirilib

Əhalinin maarifləndirilməsində, eləcə də fövqəladə hadisələrin qarşısının vaxtında alınmasında Fövqəladə Hallar Nazirliyi (FHN) mühüm işlər görür.

Bu fikir fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi ilə bağlı AMEA-nın Folklor İnstitutunda keçirilən tədbirdə səsləndirilib.

İnstitutdan AzərTAc-a bildiriblər ki, direktor Muxtar İmanov çıxışında nazirlik tərəfindən təşkil olunan təlim kursunda iştirakı ilə bağlı təəssüratlarını bölüşüb, rəhbərlik etdiyi müəssisədə bu sahədə görülən işlərdən danışıb.

İnstitutun mülki müdafiə qərargahının rəisi Elşad Quliyev mülki müdafiə məşqinin planı ilə iştirakçıları tanış edib. Qeyd olunub ki, bununla bağlı institut əməkdaşları arasında maarifləndirmə söhbəti aparılıb.

Sonra Səbail rayon mülki müdafiə şöbəsinin rəisi Nazir Əkbərov fövqəladə vəziyyətlərdə davranış qaydaları haqqında məlumat verib.

Sonda FHN-in fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

 

AzərTac.az