Fransanın “Total” şirkəti Abşeron yatağından 5 mlrd. kub/metr qazın çıxarılması ilə bağlı layihə hazırlayır
Fransanın “Total” şirkəti “Abşeron” yatağında böyük proqram hazırlayır. İlin sonuna artıq işlətmə proqramı idarə heyətinə təqdim olunacaq.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu, yüksək səviyyəli layihədir: “Burada “Abşeron” yatağından 5 mlrd. kub/metr qazın çıxarılmasından və bazarlamasından söhbət gedir”.
R. Abdullayev əlavə edib ki, məsələ ilə bağlı dünən Bakıda keçirilən Fransa-Azərbaycan biznes forumunda SOCAR, “TOTAL” və “Gas deFrance” arasında ətraflı müzakirə edilib.
Apa.az