Fransa XİN: Dağlıq Qarabağ münaqişəsində cari status-kvo qəbuledilməzdir

Posted by

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya və ABŞ-dan olan tərəfdaşları ilə birgə ötən ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlik zamanı döyüşlərin dayandırılması və Azərbaycan və Ermənistan arasında danışıqların bərpası üçün bütün gücünü səfərbər etmişdi”.

Trend-in məlumatına görə, bu barədə Fransa XİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: “Fransa əvvəlki kimi əmindir ki, cari status-kvo qəbuledilməzdir və münaqişə hərbi yolla həll oluna bilməz”.

Fransa tərəfləri atəşkəs rejimi haqqında razılaşmaya hörmət etməyə çağırır.

Trend.az