Fransa Azərbaycanla mədəniyyət mərkəzlərinin təsisi haqqında sazişi təsdiq edib

Posted by

Fransa Azərbaycanla mədəniyyət mərkəzlərinin təsisi haqqında sazişi təsdiq edibFransa Azərbaycanla mədəniyyət mərkəzlərinin təsisi haqqında sazişi təsdiq edib

Fransa Azərbaycanla mədəniyyət mərkəzlərinin təsisi haqqında sazişi təsdiq edib

Fransa parlamenti “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında” sazişi təsdiq edib. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

 

Sazişə əsasən, hər iki ölkənin mədəniyyət mərkəzləri səfirliklərinin tabeliyində və hüquqi statusa malik olacaqlar.

 

Ötən gün Milli Assambleyada bu sazişin müzakirəsi zamanı məruzəçilər qismində xaricdəki Fransa vətəndaşlarının 11 seçki dairəsindən deputat seçilmiş Tyerri Mariani, deputat, Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel və deputat, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri Mişel Vuaze çıxış ediblər.

 

Deputatlar çıxışlarında Azərbaycanın mədəniyyəti və tarixi, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üzrə kursu, Azərbaycan cəmiyyətində hökmranlıq edən tolerantlığın qədim ənənələri, dünyəvi xarakter və multikulturalizm, müxtəlif sahələrdə ikitərəfli Fransa-Azərbaycan əməkdaşlığının gələcəkdə dərinləşməsinin vacibliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamalanması işində Fransanın vasitəçilik rolu barədə danışıblar. Onlar ikitərəfli mədəni əlaqələrin möhkəmləndirilməsi işində mövcud sazişin əhəmiyyətini qeyd ediblər.

 

Xatırladaq ki, sazişin imzalanması haqqında razılıq Azərbaycan Prezidentinin 2009-cu ildə Fransaya rəsmi səfəri zamanı əldə edilmişdi.

 

Trend.az