Əfqanıstan xarici işlər nazirinin Bakıya səfəri təxirə salınıb
Əfqanıstan xarici işlər nazirinin Zarar Əhməd Osmaninin Azərbaycana səfəri təxirə salınıb.
Bu barədə APA-ya diplomatik mənbələrdən bildiriblər.
Məlumata əsasən, martın 5-7-də keçirilməsi nəzərdə tutulan səfər Əfqanıstan-Pakistan sərhədində taliblərlə silahlı insident üzündən təxirə salınıb.
Bu insidentə görə Əfqanıstan prezidenti Həmid Karzayın da Şri-Lankaya səfəri təxirə salınıb.
Z.Osmaninin Azərbaycana səfərinin martın 18-19-da baş tutacağı göstərilir.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu məlumatı təsdiqləyərək əlavə edib ki, səfərin dəqiq tarixi diplomatik kanallarla müəyyənləşdirilir.
Qeyd edək ki, martın 1-də Əfqanıstan-Pakistan sərhədində yerləşən Xayber aşırımında terror aktı nəticəsində ən azı 11 nəfər həlak olub. Bundan öncə isə taliblər sərhəddə 20 nəfər hərbçini qətlə yetirib, 7 nəfəri girov götürüb.
Apa.az