Əfqanıstan Bakı-Tbilisi-Qars layihəsində iştiraka və istifadəyə maraq göstərir

Posted by

Əfqanıstan Bakı-Tbilisi-Qars layihəsində iştiraka və istifadəyə maraq göstərir

 

Əfqanıstan Bakı-Tbilisi-Qars layihəsində iştiraka və istifadəyə maraq göstərir

Əfqanıstan Bakı-Tbilisi-Qars layihəsində iştiraka və istifadəyə maraq göstərir

 

Azərbaycan və Əfqanıstanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür və Əfqanıstan hökuməti daim Bakını beynəlxalq təşkilatlarda dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmanla birgə brifinqdə bildirib.

Nazir deyib ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir.

Məmmədyarov bildirib ki, Əfqanıstan tərəfi Bakı-Tbilisi-Qars layihəsində iştiraka və ondan istifadəyə böyük maraq göstərir.

Onun sözlərinə görə, NATO yüklərinin Əfqanıstandan Azərbaycan ərazisi vasitəsilə tranziti iki nazirin görüşü zamanı müzakirə mövzularından biri olub.

Məmmədyarov bildirib ki, tərəflər həmçinin Azərbaycanda əfqan tələbələrin təhsil almaları və enerji sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Nazir Əfqanıstan tərəfinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın yaradılması təklifi ilə çıxış etdiyini əlavə edib.

Əfqanıstan XİN rəhbəri öz növbəsində Bakıdakı danışıqların yaxın gələcəkdə bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, danışıqlarda əsas istiqamətlərdən biri iqtisadi əməkdaşlıq və Əfqanıstanın Bakı-Tbilisi-Qars kimi regional layihələrdə və digər nəqliyyat layihələrində iştirakı imkanları olub.

Z.Ə.Osman Azərbaycanın terrorizmlə mübarizədə göstərdiyi səyləri və Əfqanıstanda sabitliyin bərpa olunmasında ölkənin verdiyi töhfəni də yüksək qiymətləndirib.

 

Trend.az