Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna çıxış əldə etməkdə maraqlıdır

Posted by

Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna çıxış əldə etməkdə maraqlıdırƏfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna çıxış əldə etməkdə maraqlıdır

Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna çıxış əldə etməkdə maraqlıdır

Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 25 sentyabrda Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılıb və Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend.az