“Fənərbaxça” – “Azəryol” görüşündə Xocalı faciəsi anıldı

Posted by

"Fənərbaxça" - "Azəryol" görüşündə Xocalı faciəsi anıldı

 

“Fənərbaxça” – “Azəryol” görüşündə Xocalı faciəsi anıldı

"Fənərbaxça" - "Azəryol" görüşündə Xocalı faciəsi anıldı

 

İstanbulda keçirilən voleybol qarşılaşmasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

“Xocalıya ədalət!” kampanyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də İstanbulda qadın voleybolçulardan ibarət Bakının “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində “Fənərbaxça” klubu ilə qarşılaşıb.

Oyun zamanı Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Azəryol” komandasının təşəbbüsü, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə Xocalı şəhidlərimiz anılıb.

Voleybolçularımız şəhidlərimizin xatirəsinə ehtiram olaraq, oyun başlarkən üzərinə 3 dildə “Xocalıya ədalət!” yazılmış banner ilə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edib, meydana qollarında qara sarğı ilə çıxıblar. Stadionda isə azarkeşlərimiz “Xocalıya ədalət!” kampanyasının köynəklərini geyinərək komandamıza dəstək olublar.

Məqsəd bu dəhşətli faciəni bir daha dünya ictimayyətinin, o cümlədən Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Qeyd edək ki, İstanbul təmsilçiləri həmin görüşdə oyunu üç setdə öz xeyirlərinə həll ediblər: 3-0. Oyunu hakimlər – fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov idarə ediblər. Cavab oyunu martın 1-də Bakıda olacaq.

 

Trend.az