Florida ştatının parlament üzvü Azərbaycan Xalq Cümhuriyyətinin 97 illiyinə dair proklamasiya hazırlayıb

Posted by

Florida ştatının parlament üzvü Azərbaycan Xalq Cümhuriyyətinin 97 illiyinə dair proklamasiya hazırlayıbFlorida ştatının parlament üzvü Azərbaycan Xalq Cümhuriyyətinin 97 illiyinə dair proklamasiya hazırlayıb

Florida ştatının parlament üzvü Azərbaycan Xalq Cümhuriyyətinin 97 illiyinə dair proklamasiya hazırlayıb

Florida ştatı Nümayəndələr Palatasının üzvü Cozef Heller Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə proklamasiya hazırlayıb.

 

Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dövlət olmasından və ABŞ prezidenti Vudro Vilsonun 1919-cü ilin mayında bu dövlətin nümayəndə heyəti ilə görüşü haqqında xoş təəssüratlarından danışılır. Proklamasiyada, həmçinin ABŞ tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir. Sonda konqresmen C.Heller öz dairəsindəki icmaları Florida ştatındakı azərbaycanlılara qoşulmağa və Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını Amerikada bayram etməyə çağırır.

 

Proklamasiya ABŞ Azərbaycanlılar Şəbəkəsi və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovaya təqdim olunub. Sənəd ABŞ Azərbaycanlılar Şəbəkəsinin Cümhuriyyətin 97-ci ildönümünün bayram edilməsi ilə əlaqədar keçirdiyi yazılı kampaniyanın nəticəsi olaraq hazırlanıb.

 

AzərTac.az