Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər

Posted by

Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər

Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi müzakirə edilib.

 

İnstitutdan Trend-ə verilən məlumata görə, İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru doktor Devid Mundi Fizika İnstitutunda qonaq olub. Qonaq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, dünya standartlarına cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında söhbətlər aparılıb.

 

D.Mundi deyib ki, Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparması üçün hər cür şərait yaradılıb.

 

O, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə də görüşüb.

 

Trend.az