Firudin Sadıqov: Qondarma məhkəmə prosesi ərzində azərbaycanlı girovlara ciddi təzyiqlər göstərilir

Posted by

Firudin Sadıqov: Qondarma məhkəmə prosesi ərzində azərbaycanlı girovlara ciddi təzyiqlər göstərilirFirudin Sadıqov: Qondarma məhkəmə prosesi ərzində azərbaycanlı girovlara ciddi təzyiqlər göstərilir

Firudin Sadıqov: Qondarma məhkəmə prosesi ərzində azərbaycanlı girovlara ciddi təzyiqlər göstərilir

Ermənilər saxlanılan azərbaycanlı girovlar üzərində dünya praktikasında olmayan bir məhkəmə prosesi qurublar. Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib.

 

İşçi qrupunun rəhbərinin fikrincə, Ermənistan de-fakto Dağlıq Qarabağdakı əlaltıları vasitəsilə girov götürülmüş azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə qurmaqla bir şou düzəldib: “Çünki məhkəmə zalından başlamış danışıqlara qədər bütün məsələlərdə beynəlxalq hüquq normalarının pozuntusu müşahidə olunur. Əvvəla, girov götürülmüş azərbaycanlıların orada öz dillərində, başa düşdükləri dildə özlərini müdafiə etmək imkanları yoxdur. İkincisi, guya onları tərcüməçi ilə təmin ediblər. Lakin tərcüməçi, göründüyü kimi, nə rus, nə də Azərbaycan dillərini səlis bilir. Məhkəmə zalında müxtəlif adamlar, maskalı şəxslər, silahlılar iştirak edirlər. Bu da azərbaycanlılara qarşı təzyiq vasitəsidir. Digər tərəfdən, dünya praktikasında olmayan bir məhkəmə prosesi qurublar. Təqsirləndirilən şəxslər ayrıca oturmalıdırlar, yəni zaldan təcrid olunmalıdırlar və sərbəst şəkildə həm tərcüməçiləri, həm də vəkilləri ilə ünsiyyətdə olmalıdırlar”.

 

F.Sadıqov qeyd edib ki, qondarma məhkəmə prosesi ərzində azərbaycanlı girovlara ciddi təzyiqlər göstərilir: “Ermənilərin özlərinin yaydığı kadrlara baxanda da görünür ki, proses zamanı nə Dilqəm Əsgərovun, nə də Şahbaz Quliyevin suallara hazırlaşmaq imkanı var. Hətta Dilqəm vərəqdə hansısa qeyd edəndə yanındakı ora baxır. Yəqin onları məcbur ediblər ki, qeydlərini ermənilərin başa düşdükləri dildə aparsınlar. Dilqəmlə Şahbazın rus dili biliyi səviyyəsi də yüksək deyil. İnsan hansı dildə düşünürsə, öz müdafiəsini o dildə daha rahat təşkil edir. Hesab edirəm ki, onlar öz ifadələrini, sözlərini təzyiq altında deyirlər. Çünki 10 dəqiqə əvvəl rusca dedikləri sözlər onların yadından çıxır”.

 

Trend.az