Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb

Posted by

Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşübFikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb

Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və ATƏT arasında səmərəli əlaqələri vurğulayan nazir məhkəmə-hüquq sisteminin inkişafını qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsindən, hakimlərin sayının artırılmasından və onların Avropada ən şəffaf seçimindən, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsindən danışıb, həyata keçirilən islahatlarda, xüsusilə hakimlərin tədrisində ATƏT-in fəal iştirakını vurğulayıb.

 

Öz növbəsində, A. Şahtaxtinski Azərbaycanın dinamik inkişafını və siyasi nüfuzunun günbəgün artdığını bildirib və mütərəqqi yenilikləri, o cümlədən Azərbaycanın brendi olan “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini təqdir edərək vurğulayıb. O bildirib ki, belə səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir.

 

A. Şahtaxtinski, həmçinin məhkəmə və ədliyyə sahəsindəki nailiyyətləri maraqla qarşılayıb, islahatlara dəstək göstərmək üçün müxtəlif layihələrin keçirilməsinə dair konkret təkliflər irəli sürüb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların treninqi və s. ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

A. Şahtaxtinski nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olub.

 

 

Apa/az