FHN-in təyyarəsi Azərbaycan və Gürcüstan vətəndaşlarını Nepaldan təxliyə edib
Prezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib.
Apa.az