Fazil Məmmədov: Azərbaycan vergi mütəxəssisləri Fransaya uzunmüddətli təcrübəyə göndəriləcək

Posted by

Fazil Məmmədov: Azərbaycan vergi mütəxəssisləri Fransaya uzunmüddətli təcrübəyə göndəriləcək Fazil Məmmədov: Azərbaycan vergi mütəxəssisləri Fransaya uzunmüddətli təcrübəyə göndəriləcək

Fazil Məmmədov: Azərbaycan vergi mütəxəssisləri Fransaya uzunmüddətli təcrübəyə göndəriləcək

Azərbaycanın Vergilər Nazirliyi Fransa və İspaniyanın vergi administrasiyaları ilə sıx əməkdaşlığa başlayır. Trend xəbər verir ki, bunu çərşənbə günü vergilər naziri Fazil Məmmədov “Azərbaycanın Vergilər Nazirliyinə insan resurslarının inkişafı sahəsində dəstək verilməsi” yeni tvinninq layihəsinin təqdimatı zamanı deyib.

Nazir bildirib: “Avropa İttifaqının tvinninq proqramının spesifikası belədir ki, o, texniki köməklə yanaşı, tərəfdaş ölkələrlə layihələrin tamamlanmasından sonra da əməkdaşlığın davamını nəzərdə tutur”.

F.Məmmədov Aİ-nin tvinninq layihəsinin Fransa və İspaniyanın vergi administrasiyaları ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümidini ifadə edib: “Artıq Azərbaycan vergi orqanlarının işçilərinin Fransaya uzunmüddətli təcrübəyə göndərilmələri, bəzi sahələrdə qarşılıqlı təcrübə mübadiləsi barədə ilkin razılaşma [2014-cü ilin mayında Parisdə aparılan danışıqların yekunları üzrə] əldə olunub. Güman edirəm ki, bu tvinninq layihənin həyata keçirilməsi tərəflərin bu raşılaşmalar çərçivəsində potensial imkanlarının reallaşdırılmasına müsbət təsir göstərəcək”.

 

Trend/az