FAO-nun Azərbaycan üzrə nümayəndəsi təyin olunub
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu həftə Mustafa İmiri Azərbaycanda öz nümayəndəsi vəzifəsinə təyin edib.
“APA-Economics”xəbər verir ki, son 4 il müddətində M. İmir FAO-nun İndoneziyadakı nümayəndəsi kimi xidmət edib.
“Azərbaycanda təcrübəmi və bacarıqlarımı tətbiq etməyə hazıram. Azərbaycan ərzaq, kənd təsərrüfatı və təbii ehtiyatlar sahəsində böyük nailiyyətlərə və potensiala malik olan bir ölkədir”, – deyə M. İmir bildirib.
Qeyd edək ki, yaxın günlərdə öz vəzifələrini yerinə yetirməyə başlayacaq M. İmir 2011-ci ildə FAO-da işə başlamazdan əvvəl, Türkiyənin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində beynəlxalq əlaqələr və xüsusilə də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində çalışıb.
Apa.az