Çexiya hökuməti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq istəyir

Posted by

Çexiya hökuməti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq istəyirÇexiya hökuməti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq istəyir

Çexiya hökuməti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq istəyir

Çexiya hökuməti ölkə prezidentinin səlahiyyətlərini xeyli məhdudlaşdırmağı qərara alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

 

Çexiya radiosu xəbər yayıb ki, baxılması üçün parlamentə təqdim olunacaq qanunlarda bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.

 

Sabiq prezident Vatslav Klausun mətbuat katibi olmuş Tomaş Klvanya hesab edir ki, Çexiya prezidentsiz də keçinmək iqtidarındadır: “Çexiyada prezidentin funksiyaları ilə bağlı əsas problem ondan ibarətdir ki, o, bir tərəfdən, hökmdar kimi əsl müvəkkil funksiyalarını icra edir, digər tərəfdən isə siyasi həyata qarışaraq ona təsir etməyə çalışır. Bu, “uşaq siyasi mədəniyyəti”dir. Ondan yaxa qurtarmaq lazımdır. Belə olsa, cəmiyyət yetkinləşəcək”.

 

Onun sözlərinə görə, prezident əyləşir və elə görüntü yaradır ki, sanki nəyəsə təsir edir: “Amma onun nəyəsə heç bir təsiri yoxdur. Bunun əvəzində onun əlində meqafon var ki, onunla nə istəsə danışa bilir”.

 

Klvanya sonda deyib: “Prezident postunu elə sabah ləğv etməyin real olmadığını anlayıram, lakin onun səlahiyyətlərinin istənilən formada məhdudlaşdırılmasının tərəfdarıyam”.

 

Sosioloq Pyotr Qampl isə əksinə, prezident postunun saxlanmasının tərəfdarıdır və hesab edir ki, prezident seçkiləri sadə vətəndaşların dövlətin idarə olunmasında cüzi də olsa iştirakının yeganə üsuludur: “Hakimiyyətin bütün demokratik institutlarını ləğv etmək olmaz. Əgər bizə demokratiyanın hansısa elementlərinin olduğu ölkə lazımdırsa, onda prezidentin səlahiyyətlərinin azaldılması axmaqlıqdır. Hesab edirəm ki, indiki hökumət sadəcə olaraq demokratik idarəetməni istəmir”.

 

O, hesab edir ki, Miloş Zeman xalqın böyük əksəriyyətinin mövqeyini əks etdirir: “İnsanların hansısa aristokratik davranış gözlədiyini düşünmürəm. Onlara prezidentin onlar kimi düşünüb danışması vacibdir. Çoxlu sayda məmur var ki, onlar ayıq başla ölkəyə sərxoş prezidentdən daha çox ziyan vururlar”.

 

Trend.az