“Euronews” Azərbaycanda keçirilmiş “BakuTel-2014” sərgisinə məqalə həsr edib

Posted by

"Euronews" Azərbaycanda keçirilmiş "BakuTel-2014" sərgisinə məqalə həsr edib“Euronews” Azərbaycanda keçirilmiş “BakuTel-2014” sərgisinə məqalə həsr edib

"Euronews" Azərbaycanda keçirilmiş "BakuTel-2014" sərgisinə məqalə həsr edib

“BakuTel-2014” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 20 illiyini qeyd edir. Trend-in məlumatına görə, bu barədə “Euronews” telekanalının saytında yerləşdirilən məqalədə deyilir.

 

Materialda bildirilir: “Bu sərgi ən qabaqcıl innovasiya texnologiyaları – kompüterlər, elektron çiplər, mobil rabitə vasitələri, sosial şəbəkələr, mürəkkəb İT sistemlərlə tanış olmaq üçün ziyarətçilərə yaxşı imkandır”.

 

Məqalədə, həmçinin 2010-cu ildə yaradılan Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC barədə bəhs edilir: “Azərbaycanın birinci peyki “Azerspace-1” ötən il orbitə çıxarılıb və “Azərkosmos” ASC bu yaxınlarda Fransanın “Airbus” şirkəti ilə “SPOT 7” – ikinci peykin idarə edilməsi, istismarı və kommersiya istifadəsi üzrə saziş bağlayıb. “SPOT 7” artıq “Azersky” adını alıb”.

 

Materialda Azərbaycan Prezidenti İlham Əliyevin sərgi ilə tanış olarkən dediyi sözlərə də yer verilib: “Bu, texnologiyalar, inkişaf, biznes, təhsil baxımından böyük imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar, həyatımızın müxtəlif sahələrində imkanlarımızı ətraflı qiymətləndirməyə kömək edəcək”.

 

“Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir. Materialda qeyd edilir ki, bu, peyk xidmətləri göstərən azsaylı ölkələr sırasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.

 

Materialda “Airbus” şirkətinin nümayəndəsi Bruno Bertolinin sözlərinə də istinad edilir: “Kosmosdan çəkilən təsvirlər Azərbaycanın təşkilat və şirkətləri, eləcə də Xəzər regionunun ölkələri tərəfindən ekoloji monitorinq, ekoloji risklərin müəyyənləşdirilməsi, peyk təsviləri əsasında zəruri informasiyaya çıxış əldə edən neft şirkətlərinin fəaliyyətinə kömək etmək üçün istifadə ediləcək”.

 

Məqalədə vurğulanır ki, “BakuTel-2014” sərgisində 23 ölkənin 250 şirkəti iştirak edib.

 

 

Trend.az