ETSN: Qanunsuz ov hallarının qarşısı alınır

Posted by

ETSN: Qanunsuz ov hallarının qarşısı alınırETSN: Qanunsuz ov hallarının qarşısı alınır

ETSN: Qanunsuz ov hallarının qarşısı alınır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması, eləcə də ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3 noyabr tarixində keçirilmiş reyd zamanı Qusar rayonunun Hil kəndi ərazisində Hil kənd sakini Marks Dövlətov ov edərkən saxlanılıb. Ondan 1 ədəd tüfəng götürülərək barəsində qanuna müvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.

 

Noyabrın 4-də keçirilmiş reydlər zamanı Bərdə və Qusar rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb, onlardan 2 ədəd tüfəng və 18 ədəd patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.

 

Eyni zamanda, keçirilmiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Lənkəran rayonu Şirinsu kəndi ərazisində 1, Qumbaşı kəndi ərazisində 4, Masalllı rayonu avtomobil yolunun kənarında 3 nəfər saxlanılaraq onlardan ümumilikdə 24 ədəd quş götürülüb və yandırılaraq məhv edilib. Qanun pozucuları barəsində müvafiq aktlar tərtib olunub, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti rayon Polis Şöbələrinə göndərilib.

 

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

 

Apa.az