Ermənistan tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulmuşdur

Posted by

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulmuşdur.

Ermənistan ordusunun bölmələri aprelin 28-də və 29-da gecə Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.

Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Göygöl və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Düşmən cavab atəşi ilə susdurulmuşdur.

AzərTac.az