Ermənistan Silahlı Qüvvələri mülki Azərbaycan vətəndaşını güllələyib

Posted by

Ermənistan Silahlı Qüvvələri mülki Azərbaycan vətəndaşını güllələyib

Ermənistan Silahlı Qüvvələri mülki Azərbaycan vətəndaşını güllələyibErmənistan Silahlı Qüvvələri mülki Azərbaycan vətəndaşını güllələyib

Dünən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin sakini güllə ilə vurulub. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün təxminən saat 18.00 radələrində Əlibəyli kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlu çiyin nahiyəsinin dəlib keçən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyi nəticəsində 28 yaşlı Adil Musayevin həyatını xilas etmək mümkün olub. Hazırda onun səhhətinin normal olduğu bildirilir.

Məlumata görə, A.Musayev Əlibəyli kəndində küçə ilə hərəkətdə olarkən düşmən gülləsinə tuş gəlib.