Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmayıb

Posted by

Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmayıbErmənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmayıb

Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmayıb

Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, müxalifətçi “İrs” Partiyasının parlamentə təqdim etdiyi “Dağlıq Qarabağın və Ermənistanın təhlükəsizliyinin hərbi-siyasi əsasları haqqında” qanun layihəsinin müzakirəsi zamanı “İrs” Partiyasının liderlərindən olan Zarui Postancyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının vacibliyini vurğulayaraq artıq bunun vaxtının çatdığını deyib. Lakin parlament müxalifətin bu təşəbbüsünü dəstəkləməyib və sənəd səsverməyə çıxarılmayıb.

 

 

Apa.az