Ermənistan parlamenti qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qanun layihəsini qəbul etməyib

Posted by

Ermənistan parlamenti qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsini qəbul etməyibErmənistan parlamenti qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qanun layihəsini qəbul etməyib

Ermənistan parlamenti qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsini qəbul etməyib

Ermənistan Milli Yığıncağının (parlament) Xarici əlaqələr üzrə daimi komissiyası qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qanun layihəsinin gündəliyə daxil edilməsini məqsədəuyğun hesab etməyib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qanun layihəsi müxalif “İrs” fraksiyası tərəfindən təklif olunub.

Fraksiyanın rəhbəri Zarui Postancyan deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkənin Gömrük İttifaqına üzv olması baxımından aktualdır.

Səsvermə zamanı komissiya üzvlərinin əksəriyyəti qanun layihəsini bəyənməyib.

 

Trend.az