Ermənistan Naxçıvanla sərhədboyu ərazilərdə genişmiqyaslı təlimlər keçirir
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən hərbi hissələri genişmiqyaslı operativ-taktiki təlimlər keçirir. Trend-in məlumatına görə, bu barədə “Mediamax” agentliyi Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə naziri Seyran Ohanyan sərhədin cənub-qərb hissəsinə baş çəkib və təlimlərin gedişini izləyib. Təlimlərdə mərkəzə tabe olan hərbi hissələr və bütün qoşun növlərinin bölmələri də iştirak edir.
Təlimlər yeddi gün davam edəcək. Təlimlərə cəlb olunan xeyli sayda qoşun növləri atəş tapşırıqları da daxil olmaqla olan əks hücum planını məşq edəcəklər