Ermənistan hökumətində struktur dəyişikliklər gözlənilir

Posted by

Ermənistan hökumətində struktur dəyişikliklər gözlənilirErmənistan hökumətində struktur dəyişikliklər gözlənilir

Ermənistan hökumətində struktur dəyişikliklər gözlənilir

Ermənistan hökumətində struktur dəyişiklikləri həyata keçiriləcək. Bunu dünən hakim Respublika Partiyasının icra orqanının iclasından sonra partiya sədrinin müavini, təhsil və elm naziri Armen Aşotyan jurnalistlərlə söhbətində bildirib. Bu barədə Trend “News.am” saytına istinadən xəbər verir.

 

Söhbətin hansı struktur dəyişikliklərindən getdiyi barədə suala o, cavab verməyib və hökumətin növbəti iclasına qədər gözləməyə çağırıb: “Sizin bu barədə iclas zamanı bilməyiniz daha doğru olardı”.

 

Aşotyan qeyd edib ki, partiyanın icra orqanının iclasında iştirakçılar Vayotszdor vilayətinin qubernatoru postuna Arutyun Sarkisyanın namizədliyini bəyəniblər.

 

Hazırda ərazi idarəçiliyi naziri və baş nazirin müavini postları boş qalır.

 

Trend.az