Ermənilərin ABŞ ştatlarında Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmaq cəhdləri ATƏT PA-da qaldırılacaq

Posted by

Ermənilərin ABŞ ştatlarında Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmaq cəhdləri ATƏT PA-da qaldırılacaq

Ermənilərin ABŞ ştatlarında Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmaq üçün kampaniyaya başlaması ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı qaldırılacaq.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

 

B. Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində “danışıqları müsbət istiqamətə yönəltmək və buna əngəl törədəcək hərəkətlərə yol verməmək” barədə razılıq var və Ermənistanın son addımları bu razılığa ziddir: “Çalışacağıq ki, ATƏT PA bu məsələyə öz münasibətini bildirsin”.

 

B. Muradova onu da qeyd edib ki, qış sessiyasında Suriyadakı ermənilərin Azərbaycanın işğal altında olan torpaqlarına yerləşdirilməsinin birdəfəlik qarşısının alınması da tələb kimi qaldırılacaq.