Ermənilərə sərt cavab: “Uzun müddət yaddaşlarından silinməyəcək”

Posted by

Ermənilərə sərt cavab: "Uzun müddət yaddaşlarından silinməyəcək"Ermənilərə sərt cavab: “Uzun müddət yaddaşlarından silinməyəcək”

Ermənilərə sərt cavab: "Uzun müddət yaddaşlarından silinməyəcək"

Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin yaydığı bəyanata sərt cavab verib

 

Müdafiə Nazirliyi Ermənistanın yaydığı bəyanatlara cavab verib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir: “Ermənistanın hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.

 

Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.

 

Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcəkdir”.

 

Lent.az