“Erasmus+” proqramının qonaqları Gənclər Fondunda olublar

Posted by

“Erasmus+” proqramının qonaqları Gənclər Fondunda olublar

 

“Erasmus+” proqramının qonaqları Gənclər Fondunda olublar

“Erasmus+” proqramının qonaqları Gənclər Fondunda olublar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbələr Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Erasmus+ proqramının təqdimatı keçirilib.

 

Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Erasmus+” proqramının təqdimatı Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin gənclər sahəsində eksperti Maksymilian Fras tərəfindən aparılıb. Təqdimatda Avropa Komissiyasının 2014-2020-ci illəri əhatə edəcək Erasmus+ proqramının fəaliyyət istiqamətləri, mümkün layihə perspektivləri və Azərbaycan gənclər təşkilatlarının proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin, tədbirdə Azərbaycan gənclər təşkilatları ilə əlaqələrin yaradılması və gələcəkdə müxtəlif birgə layihələrin icrasını müzakirə edə bilmək üçün təqdimatda İtaliya, Hollandiya, Litva, Ukrayna, Gürcüstan, Türkiyə kimi ölkələrdən ən aktiv gənclər təşkilatlarının rəhbərləri də qonaq qismində iştirak edublər.

 

Təqdimatda açılış nitqi ilə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev proqramın əhəmiyyətini vurğulayıb, Gənclər Fondunun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

 

Daha sonra Proqram çərçivəsində Bakıda səfərdə olan qonaqlar Gənclər Fondunun ofisində olub, Fondun fəaliyyəti barədə daha ətraflı məlumat almış, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Apa.az