Elxan Süleymanov Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə məktub yazıb

Posted by

Elxan Süleymanov Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə məktub yazıbElxan Süleymanov Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə məktub yazıb

Elxan Süleymanov Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə məktub yazıb

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə məktub ünvanlayıb. Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.

 

Məktubda qeyd olunur ki, ötən illər ərzində Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsü müstəvisində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələr yaxşılaşıb: “Parlament səviyyəsində Avronest Parlament Assambleyası bizi daha da yaxınlaşdırıb. Bu səbəbdən Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsun Azərbaycana qarşı qərəzli münasibəti bizdə təəssüf hissi doğurur. Bu, bütövlükdə AP-yə kölgə salır. AP son vaxtlar bütövlükdə anti-Azərbaycan təsəvvürünü yaradan qətnamələr və bəyannamələrlə Azərbaycana bir sıra hücumlar edib. AP deputatları və avropalı diplomatların böyük əksəriyyətinin müsbət ismarışlarına baxmayaraq, parlament kortəbii şəkildə anti-Azərbaycan siyasətinə xidmət edərək, yalnız zəif hazırlanmış mətnləri səsə qoymağı və qəbul etməyi seçir. Eyni zamanda Ermənistanın Azərbaycan ərazisini işğal edərək, bütün beynəlxalq qaydalar və müqavilələri pozmasına və Aİ ilə əlaqələri dayandıraraq, Avrasiya Gömrük İttifaqına qoşulmasına baxmayaraq, o, heç bir halda tənqid edilmir. Əvəzində isə Aİ-dən daha çox maliyyə alır və Avronest Parlament Assambleyasının növbəti plenar sessiyası 2015-ci ildə Yerevanda keçiriləcək”.

 

E. Süleymanov daha sonra qeyd edib ki, Avronest Parlament Assambleyası Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsində 04.11.2014-cü ildə müzakirə edilmiş “2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi” adlı məruzənin böyük hissəsi Ukrayna hadisələrinə həsr olunsa da, Azərbaycanın işğal edilmiş ərazilərinə ümumiyyətlə toxunulmayıb: “Azərbaycan xalqı ərazi bütövlüyünün pozulması ilə bağlı Ukraynaya göstərilən dəstəyin eyni səviyyədə 20% ərazisi 23 ildən artıq müddət ərzində işğal altında qalmış Azərbaycana da göstərilməsini tələb edir. Biz işğal, hücumlar və Ukrayna hadisələrinə yanaşma ilə (çox operativ surətdə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi və s.) Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına münasibət arasında kəskin təzadla bağlı bir neçə məktub yazmışıq. Eyni zamanda, prezident Şultsdan Azərbaycanın Avronestdə Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirməli olmasının səbəblərini soruşmuşuq. Bütün bu məsələlərlə bağlı heç bir cavab verilməyib”.

 

E. Süleymanov prezident Şultsun nümayiş etdirdiyi qərəz və laqeydliyə baxmayaraq, digər AP deputatları və Avropa Parlamenti rəhbərlərinin Azərbaycana obyektiv münasibətdə olacaqlarına ümid etdiyini bildirib.

 

 

Apa.az