Üçtərəfli görüş bu gün Antalya şəhərində keçiriləcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
E. Məmmədyarov Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin Antalya şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.
Apa.az