Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri ilə görüşüb

Posted by

Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri ilə görüşübElmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri ilə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov III Qlobal Bakı Forumunda iştirak edən İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasındakı münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə ediblər. İtaliyanın Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd olunub.

 

Avropa enerji təhlükəsizliyinin təmin olunmasında TAP və TANAP layihələrinin əhəmiyyəti vurğulanıb.

 

F.Frattini ölkəmizin regiondakı əhəmiyyətli rolunu, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü xüsusilə qeyd edib.

 

Görüş zamanı ölkəmizdə keçirilən III Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin qeyri-rəsmi mühitdə müzakirəsi baxımdan əhəmiyyəti vurğulanıb.

 

F.Frattini Azərbaycanın Birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edib və bu Oyunların Avropada idman, sülh və tərəqqiyə töhfə verəcəyini diqqətə çatdırıb.

 

Trend.az