Elmar Məmmədyarov İƏT-na üzv ölkələrin xarici işlər nazirlərinin əlaqələndirmə görüşündə çıxış edib

Posted by

Elmar Məmmədyarov İƏT-na üzv ölkələrin xarici işlər nazirlərinin əlaqələndirmə görüşündə çıxış edib Elmar Məmmədyarov İƏT-na üzv ölkələrin xarici işlər nazirlərinin əlaqələndirmə görüşündə çıxış edib

Elmar Məmmədyarov İƏT-na üzv ölkələrin xarici işlər nazirlərinin əlaqələndirmə görüşündə çıxış edib

Sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik əlaqələndirmə görüşündə çıxış edib.

 

APA-nın məlumatına görə, nazir qeyd edib ki yarandığı gündən bəri İƏT, müxtəlif xalqlar arasında beynəlxalq sülh və əminamanlığı aşılayan ruhla bütün dünya müsəlmanlarının maraqlarını qorumaq naminə böyük təşəbbüslər göstərib və ciddi addımlar atıb: “Lakin buna baxmayaraq, qloballaşan dünyamızda baş verən sürətli dəyişikliklər davamlı əməkdaşlığımızı zəruriləşdirir. Bu səbəbdən, artıq mövcud olan sahələrdə əməkdaşlığımızı genişləndirməklə yanaşı, əməkdaşlıq üçün mümkün yeni sahələr də müəyyən etmək olduqca vacibdir”

 

Məmmədyarov bildirib ki, Fələstin eləcə də geniş anlamda Yaxın Şərqdəki vəziyyət İslam Ümməti üçün ciddi təhdid doğurmaqda davam edir və beynəlxalq aləmdə İƏT üzv dövlətlərinin vahid mövqe ilə çıxış etmələrini tələb edir: “Azərbaycan hökuməti iki dövlət prinsipi əsasında həllin tərəfdarı olaraq, paytaxtı Şərqi Qüds olmaqla, qardaş Fələstin xalqının sülh, sabitlik və müstəqil dövlət yaratmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, bu müqəddəs torpaqda ədalətli sülhün tezliklə bərqərar olması uğrunda göstərilən bütün səyləri alqışlayırıq”.

 

Nazir qeyd edib ki, Azərbaycan təkcə regional deyil, həmçinin beynəlxalq təhlükəsizliyi də zərbə altında qoyan, İraqda bir çox günahsız insanın həyatını itirməsinə yol açan şiddətin kəskinləşməsindən dərin narahatlıq hissi keçirir: “Biz yüzminlərlə iraqlını öz evindən didərgin düşməyə məcbur etmiş və bir çox şəhər və kəndlərin dağıdılmasına səbəb olmuş ağır zorakılıq və humanitar böhranın qarşısında laqeyd qalmamalıyıq. Terrorizmdən əziyyət çəkmiş dövlət kimi, biz müasir dünyada əsas problem kimi qalmaqda olan və yalnız birlikdə həll edilə biləcək beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyinə inanırıq. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi əngəllərdən biri olan terrorizmin bütün formalarını qınayır, kimliyindən, yerindən və səbəbindən asılı olmayaraq törədilmiş bütün terror aktlarını pisləyir və bu bəlaya qarşı mübarizədə göstərilən bütün beynəlxalq səyləri dəstəkləyir”.

 

 

Apa.az