Elmar Məmmədyarov Rumıniya Senatının sədrini məlumatlandırdı

Posted by

Elmar Məmmədyarov Rumıniya Senatının sədrini məlumatlandırdıElmar Məmmədyarov Rumıniya Senatının sədrini məlumatlandırdı

Elmar Məmmədyarov Rumıniya Senatının sədrini məlumatlandırdı

Nazir Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 15 sentyabr tarixində Rumıniya Senatının sədri Kalin Popesku Tariçeani ilə görüşüb.

AR XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rumıniyanın siyasi-iqtisadi və humanitar sahələrdə sıx əlaqələrə malik olması, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı məmnuniyyətlə qeyd olunaraq, ölkələrimiz arasında dostluq və tərəfdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacib rol oynadığı vurğulanıb.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov Rumıniyanın bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barəsində məlumat vermiş və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrində Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasının tələb olunduğunu deyən nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən BMT TŞ-nın qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

 

Trend.az