Elmar Məmmədyarov Pakistan səfiri ilə görüşüb

Posted by

Elmar Məmmədyarov Pakistan səfiri ilə görüşübElmar Məmmədyarov Pakistan səfiri ilə görüşüb

Elmar Məmmədyarov Pakistan səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayseri qəbul edib.

 

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata götə, görüş zamanı E.Məmmədyarov Azərbaycan və Pakistan arasında münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edərək, bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsində önəmli rol oynadığını qeyd etdi.

 

Nazir, həmçinin Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyinə dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

 

Səfir X.Qayser iki dövlət arasında əməkdaşlığın bütün sahələrində uğurlu tərəfdaşlıq qurulduğunu bildirərək, siyasi müstəvidə qarşılıqlı dəstəyin münasibətlərin xarakterində vacib faktor olduğunu vurğuladı.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Trend.az