Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcək

Posted by

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcək

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcəkElmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcək

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Cənubi Qafqaz həlli uzanmış münaqişələrdən əziyyət çəkən digər bir regiondur. Ermənistan-Azərbaycan münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi, regional inkişafa və tammiqyaslı regional əməkdaşlığa mane olaraq qalmaqdadır”. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurasının İranda keçirilən 21-ci iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov əmin olduğunu bildirib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bərpa edilməsi ilə regionda hər bir tərəf üçün qarşılıqlı uduşlu inkişaf şəraiti yarana bilər: “Biz unutmamalıyıq ki, hər bir üzv dövlətin təhlükəsizliyi və sabitliyi ayrılmaz şəkildə digər üzv dövlətin təhlükəsizliyi ilə bağlıdır. Həlli uzanmış münaqişələri tənzimləmədən və regionda təhlükəsizlik və sabitliyi təmin etmədən, İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcəkdir. Amma, təəssüf ki, biz bəzi hallarda bu məsələlərin tələb etdiyi şəkildə onlara münasib diqqət ayırmırıq”.

Nazir qeyd edib ki, İƏT həyata keçirdiyi fəaliyyət sayəsində üzv dövlətlər və alt təsisatları ilə güclü və fəaliyyətdə olan təşkilatdır: “Biz səylərimizi səfərbər edərək regional əməkdaşlığın təmin edilməsində və regionlarımızda öz mövqeyini gücləndirməkdə fərqli imkanlar yaradan İƏT-ə yardım etməliyik”.