Elmar Məmmədyarov bu gün AŞPA-nın yay sessiyasında çıxış edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyası bu gün öz işinə başlayır.
Trend-in məlumatına görə, iyunun 27-dək davam edəcək sessiyanın ilk günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək.
AŞPA prezidenti Ann Brassör də sessiyada çıxış edəcək.
Sessiyanın ilk günü AŞPA-nın Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı veriləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr aparılacaq.
Sessiyanın ikinci günü Avropa Şurası baş katibi seçiləcək.
Sessiyasının gedişində müxtəlif mövzularda debatların keçirilməsi nəzərdə tutulub.
Trend/az