Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefortu xüsusi nümayəndə kimi missiyasının başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Nazir Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılması vacibliyini vurğulayıb.

Həmçinin E.Məmmədyarov cari ilin 23-24 yanvar tarixlərində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə keçirdiyi görüşlər barədə məlumat verib.

Nazir F.Leforta gələcək fəaliyyətində uğurlar arzulayıb.

Trend.az