Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının sədri təyin edildi

Posted by

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının sədri təyin edildiElman Rüstəmov Azərbaycan Mərkəzi Bankının sədri təyin edildi

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının sədri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

E.Rüstəmov 1952-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.

 

1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olub. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxuyub. 1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud İstehsalat Birliyində İqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyib. 1980-cı ildən 1990-cı ilədək Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb.

 

1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb.

 

1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib. 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2005-ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2010-cu ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib. Dünya Bankının Azərbaycan üzrə sədridir.

 

2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində “Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisadiyyat elmləri doktoru dərəcəsini alıb. 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

Ailəlidir. 3 övladı var.

 

Trend.az