Elman Babayev: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi istiqamətində ciddi işlər aparılır

Posted by

Elman Babayev: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi istiqamətində ciddi işlər aparılır

 

Elman Babayev: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi istiqamətində ciddi işlər aparılır

Elman Babayev: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi istiqamətində ciddi işlər aparılır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin Trend-ə müsahibəsi

– ƏƏSMN-in İctimaiyyətlə əlaqələri şöbəsinə yeni təyin olumusunuz. Bu sahədə nə kimi yeniliklər gözlənilir?

– İlk növbədə, biz öz üzərimizə düşən vəzifəni – mətbuatla əlaqələri, təbliğat işini daha da gücləndirməyi düşünürük. Bildiyiniz kimi, ƏƏSMN-də ciddi islahatlara başlanılıb və bu islahatlar əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində bir sıra mühüm yenilikləri, şəffaflığa nail olmağı özündə ehtiva edir. Nazirliyin fəaliyyətində qeyd olunmuş istiqamətlər üzrə müvafiq nöqsan və çatışmazlıqların aradan qaldırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara daha yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu işlərə ixtisaslı kadrların cəlb edilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi islahatların əsasını təşkil edir. Bu islahatların aparılması müəyyən zaman tələb edir və cəmiyyət tezliklə bu islahatların nəticələrini görəcək. Eyni zamanda, bu islahatların mətbuatda düzgün işıqlandırılması sahəsində ciddi iş aparılacaq.

Təəssüf ki, bir sıra mətbuat orqanlarında nazirliyin fəaliyyəti ilə bağlı həqiqətəuyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yer almaqdadır. Hətta işdən çıxarılan şəxslər nazirliyin əməkdaşı kimi təqdim edilir. Məsələn, Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Vəliyev ötən il dekabrın 27-də işdən azad olunub. Amma bu gün işıq üzü görən bəzi qəzetlərdə, o cümlədən bir sıra saytlarda A.Vəliyev Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri kimi təqdim olunur. Yazırlar ki, A.Vəliyev rayonda guya, hansısa əməllərlə məşguldur və nazirlik onun fəaliyyətinə göz yumur. Bu tipli dəqiqləşdirilməmiş məlumatlar, “etibarlı mənbə”yə istinad olunan yazılar, demək olar, hər gün dərc olunmaqdadır və bu da təəssüf doğurur.

– Şəffaflığa nail olmaq üçün nə kimi yeni elektron xidmətlər istifadəyə veriləcək?

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi və yeni xidmətlərin istifadəyə verilməsi istiamətində ciddi işlər aparılır. Bunlardan birini – ünvanlı sosial yardımların təyinatının avtomatlaşdırılması xidmətini bu günlərdə nazir Səlim Müslümov mətbuata açıqlamışdı. Bu xidmətin cari ilin sonuna kimi hazır olması üçün fəaliyyətə başlanılıb. Xidmətin tam istifadəyə verilməsi üçün bir sıra dövlət qurumlarının ünvanlı sosial yardımın təyinində tələb olunan sənədlərlə bağlı bazalarının tam elektronlaşdırılması və ƏƏSMN-in bu bazalara qoşulması lazımdır. Bütün bu işlərin aparılması ünvanlı sosial yardımların ödənişinin artıq elektron imza sertifikatları vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılmasına imkan verəcək. Bundan başqa, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bir sıra fəaliyyət istiqamətləri elektronlaşdırılacaq. Yaxın günlərdə cəmiyyətə bu barədə əlavə məlumat veriləcək.

– Kadr islahatları ilə bağlı soruşmaq istərdik. ƏƏSMN-in Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni müdir təyin edilibmi?

– Bəli, nazirin müvafiq əmrinə uyğun olaraq Zərifə Əzizova ƏƏSMN-in Yevlax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müdir təyin olunub və artıq bu gündən fəaliyyətə başlayıb.

 

Trend.az