Elman Abdullayev etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib

Posted by

Elman Abdullayev etimadnaməsini Efiopiya Prezidentinə təqdim edibElman Abdullayev etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib

Elman Abdullayev etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təqdim etmişdir.

 

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Efiopiya Prezidenti ilə keçirilmiş görüşdə səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Mulatu Teşomeyə çatdırmışdır. Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Efiopiya ilə münasibətlərin inkişafında və bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən Elman Abdullayev iki ölkə arasındakı münasibətlərin yeni müstəviyyəyə qaldırılması üçün böyük potensialın mövcud olduğunu bildirmişdir.

 

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome öz növbəsində salamlarının və ehtiramının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. Efiopiya Prezidenti Mulatu Teşome ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Azərbaycanın sürətli inkişafının ona böyük təəssürat bəxş etdiyini və Azərbaycanın onun üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Efiopiya Prezidenti Elman Abdullayevə fəaliyyətində uğurlar arzulamışdır.

 

Görüşdə həmçinin, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

 

Trend.az