Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edib

Posted by

Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edibElçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edib

Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edib

Dövlət Sər­həd Xidmətinin (DSX) rəsi, general-pol­kov­nik Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəh­bər­lik etdiyi nümayəndə heyətini qəbul edib.

 

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qa­çaq­mal­çı­lığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasi­yaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilib.

 

Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sər­həd Xidmətində aparılan islahatlar, dövlət sər­həd xətti boyu inşa edilən sər­həd mühafizə infrastrukturu barədə məlumat verilib.

 

Tərəflər arasında sər­həd mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sər­hədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıq­lı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

 

Apa.az