Ekspert: Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik formatının yaradılması vacibdir

Posted by

2014-cü ildə Cənubi Qafqaz regionunda vəziyyət sabit olaraq qalacaq, sülh qorunub saxlanacaq. Bu barədə çərşənbə axşamı Bakıda öz işinə başlayan “Şimal-Cənub” Politoloji Mərkəzinin ilk ekspert tədbirində – “Qara dəniz-Xəzər regionunun geosiyasəti: təhlükəsizlik problemləri” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı ekspert Vladimir Yevseyev bildirib.

V.Yevseyev deyib: “Mən Azərbaycanla Rusiyanın münasibətlərinin daha da dərinləşməsini prinsipial məsələ hesab edirəm”.

Ekspertin sözlərinə görə, bu gün regionda Rusiya, Türkiyə və İran arasında yeni təhlükəsizlik formatının yaradılması vacibdir.

Yevseyev bildirib ki, Rusiya postsovet ölkələri, eləcə də iri regional oyunçularla münasibətlərindən istifadə etməklə yeni regional təhlükəsizlik modelini yaratmağa kömək edə bilər.

Ekspert İranın nüvə proqramı məsələsinə toxunaraq bildirib ki, ABŞ güclü regional oyunçuya təsir rıçaqlarını itirməmək üçün Tehrana tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. Ekspertin fikrincə, İran Prezidenti Həsən Ruhaninin də nüvə potensialından imtina edəcəyi inandırıcı deyil.

“Şimal-Cənub” Politoloji Mərkəzi Cənubi Qafqaz ölkələri ilə elmi və informasiya əlaqələrinin inkişafı sahəsində fəaliyyət göstərir.

Trend.az